İlk dəfə görüşdülər, lakin heç nə danışmadılar

26 Yanvar 2014 11:57 (UTC+04:00)

3 illik müharibədən sonra Suriya rejimi və müxalifləri dünən ilk dəfə eyni masada üz-üzə görüşüb. Tərəflər , ayrı qapılardan girdikləri salonda bir-birləriylə heç danışmayıb. Ünsiyyətə BMT vasitəçilik edib.


Movqe.Az xəbər verir ki, Suriya müharibəsini bitirmək üçün çərşənbə günü 45 ölkənin iştirakı ilə başlayan Cenevrə -2 müzakirələri dünən də davam edilib. İsveçrənin Cenevrə şəhərində cümə günü ayrı otaqlarda yığıncaqlara qatılan Bəşər Əsəd nümayəndələri və müxaliflər dünən isə eyni otaqda bir görüş reallaşdırıb. Bu görüş eyni zamanda 3 ildən çox müddətdir davam edən müharibədə tərəflərin ilk dəfə üz-üzə reallaşdırdıqları bir yığıncaq olub. Yarım saat davam edən toplantıda tərəflər fərqli qapılardan içəri daxil olub. Əsədin heyəti və Suriya Müxalif və İnqilabçı Güclər Koalisiyası ( SMDK ) nümayəndələrinin həmçinin U şəklində masada bir-birləriylə birbaşa olaraq heç danışmadığı deyililb. BMT və Ərəb Birliyi Suriya xüsusi nümayəndəsi Əl Ahdar Əl İbrahiminin çıxışından sonra ilk yığıncağa fasilə verilib.