Azərbaycan MN: Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 150 dəfə pozub
26 Yanvar 2014 13:10 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən
məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan
Respublikasının İcevan rayonunun Paravakar, Berkaber kəndləri və
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun
Köhnəqışlaq kəndində və Qazax rayonunun Qızılhacılı kəndində, Berd
rayonunun Mosesqex, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz
rayonunun Koxanəbi və Əlibəyli kəndlərində, Noyemberyan rayonunun
Berdavan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax
rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi
atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı
Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun
Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Tərtər rayonunun
Göyarx, Çiləbürt, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino,
Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy
rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.