Erməni nazirinin oğlu məhkəmədə cavab verəcək (FOTO)

26 Yanvar 2014 13:22 (UTC+04:00)
Ermənistanda nazir oğlu məhkəməyə çıxarılıb. Movqe.az-ın "News.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistanın gənclər və idman naziri Yuri Vardanyanın böyük oğlu David Vardanyan məhkəmədə cavab verəcək. Bu barədə onun vəkili Van Ayrapetyan bildirib. Verilən məlumata görə, ilk məhkəmə fevralın 1-də baş tutacaq. Qeyd edək ki, David Vardanyan ötən ilin oktyabr ayında İran-Ermənistan sərhədindən narkotik keçirmək istəyərkən həbs olunub. İttihama görə, David Vardanyan 2013-cü il oktyabrın 4-dən 12-nə qədər İran İslam Respublikasında satış məqsədi olmadan 106 qram narkotik vasitə xaşxaş əldə edib. Onun 7 qramını rezin oynaqlarda gizlədib və udub. 99 qramını isə çantasında gizlədib. Oktyabrın 12-də David Vardanyan Ermənistana qayıdıb. Onu Kapan şəhər polisinin əməkdaşları yaxalayıb.