“Real Madrid” futbolçuları La Ligada liderliyə yüksəldi

26 Yanvar 2014 13:36 (UTC+04:00)
İspaniyanın "Real Madrid" futbol klubu La Liganın 21-ci turu çərçivəsində doğma meydanı olan "Santyaqo Bernabeu"da "Qranada" komandasını 2-0 hesabı ilə məğlub edib. Movqe.az xəbər verir ki, Kral klubu bu qələbədən sonra 53 xalla ilk dəfə olaraq La Ligaya başçılıq edib, ancaq onlar bu sevinci yalnız bir gün yaşaya bilərlər. Çünki hər şey eyni 51 xala malik olan "Barselona" və "Atletiko Madrid" komandalarından asılı olacaq. Belə ki, bu gün keçiriləcək oyunlarda "Atletiko Madrid" rəqib meydanında "Rayo Vallekano"nu, "Barselona" isə doğma şəhərində "Malaqa"nı sınağa çəkəcək. Bu komandalardan hər hansı biri qələbə çalacağı təqdirdə Ronaldonun komandasını məyus edəcək. Xatırladaq ki, "Real Madrid" – "Qranada" qarşılaşmasında qolları 57-ci dəqiqədə Kriştiano Ronaldo, 74-cü dəqiqədə isə Kərim Benzema vurub.