"Məni türklər bu hala gətirdi"

5 İyun 2012 14:59 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Norveçdə ötən il təşkil etdiyi iki hücumda 77 adamı öldürən Anders Breivik, uşaqlığında müsəlmanlar tərəfindən sıxışdırıldığını iddia edib.

2011-ci ilin iyulunda Norveçdə təşkil etdiyi hücumlarda 77 adamı öldürən Anders Breivikin məhkəmə çəkişmələri davam edir. Ötən günkü iclasda maraqlı uşaqlığı haqqında danışan Breivik, uşaqlığında müsəlmanlar tərəfindən alçaldıldığını, bunun da radikallaşmasında rol oynadığını söyləyib.


"TÜRKLƏR VELOSİPEDİMİ QIRDI"

Breivik, bu mövzuda danışarkən bir neçə də nümunə də çəkib. O, 7 yaşındaykən bir türk dostunun atasının velosipedini qırdığını, 15 yaşında da metro qatarının gedişinə mane olduğu üçün pakistanlı metro sürücüsü tərəfindən şillələnildiyini deyib.

1995-ci ildə çox yaxın bir yoldaşının Kosovalı alban gənc tərəfindən tramvay gözləyərkən təhdid edildiyini açıqlayan Breivik, ayrıca yoldaşlarından birinin bacısının bıçaqla yaralandığını eşitdiyini söyləyərək, bu hadisədən də Müsəlmanların məsuliyyət daşıdığını bildirib.

Müsəlman ailələrin Oslonun qərbindəki ''qəşəng məhəllədə'' olan dövlət mənzillərindən yaşadığını deyən 33 yaşlı Breivik, daha əvvəl Norveçdə aparılan irqçi təbliğatlardan da danışıb.

Hakimin müsəlmanların müsbət xüsusiyyətlərinin olub olmadığı sualına da Breivik, ''Müsəlmanlarla əlaqədar tək yaxşı şey onların çox vəfalı olmalarıdır. Qürur onlar üçün əhəmiyyətlidir. Mübahisə olan zaman ilk köməyə gələn onlardı'' cavabını verib.