Tailandda müxalifət lideri öldürüldü

26 Yanvar 2014 13:50 (UTC+04:00)
Tailand paytaxtındakı kütləvi etirazların təşkilatçılarından biri - Sutxin Taratin bu gün qətlə yetirilib. Movqe.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, o, Banqkok yaxınlığında hökumət təərfdarları və əleyhdarları arasındakı tqquşmalar zamanı güllə ilə vurulub Sutxin Taratin həmin vaxt yük maşınının üstünə çıxaraq əhalini bu günə təyin edilən ilkin parlament seçkilərini boykot etməyə çağırırmış. Ağır yaralanan müxalifət lideri xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.