Misirlilər ABŞ-da da etiraza qalxdılar

26 Yanvar 2014 13:51 (UTC+04:00)
ABŞ-da yaşayan bir qrup misirli Nyu-Yorkda Misir səfirliyinin qarşısında nümayiş keçirib. Havanın soyuq olmasına baxmayaraq, əksəriyyəti qadın və uşaqlardan ibarət olan nümayişçilər etirazlara davam edəcəklərini bildiriblər. Etirazçılar şüarlar səsləndirərək keçmiş prezident Məhəmməd Mursi və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. "Rabia" işarəsini tutaraq siyasi fəallara dəstək olublar. Nümayişçilər ölkədə hərbi rejimin yaradılmasını istəmədiklərini bildiriblər. Aksiya zamanı Mursi və Ərdoğanın birlikdə foto şəkili nümayiş etdirilib. Polis nümayişin keçirildiyi müddətdə təhlükəsizlik tədbirləri görüb.