Məşhur cütlük eşq yaşadıqlarını gizlətmir

26 Yanvar 2014 15:22 (UTC+04:00)

Amerikanın sevilən serialı "The OC"in Türk versiyası olan "Medcezir"də baş rolları paylaşan Serenay Sarıkaya və Çağatay Ulusoy artıq eşq yaşadıqlarını gizlətmir. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, çəkiliş zamanı yaxınlaşan iki aktyorun, foto şəkilləri mətbuatda yayıldıqdan sonra artıq özdərini daha rahat hiss edirlər. Qeyd edək ki, Çağatay Ulusoyun Serenay Sarıkayayla eyni evdə yaşayacağı danışılır. İki sevgilinin şəhərdən uzaq, təhlükəsiz bir yerdə, ev axtardığı iddia edilir.