Qəddafinin azyaşlılardan ibarət seks zindanı olub

27 Yanvar 2014 11:34 (UTC+04:00)
İngilis BBC4 kanalında 3 Fevralda yayımlanacaq "Mad Dog - Gaddafi 's Secret World" (Quduz it - Qəddafinin Gizli Dünyası) adlı sənədli filmdən bəzi görüntülər dünən "Mail on Sunday" qəzetində yayımlanıb. Xəbərə görə Liviyada 43 il müddətində iqtidarda qalan Muammer Qəddafi, məktəblərə etmiş olduğu ziyarətlərdə ən kiçiyi 14 yaşında olan "seks kölələri" seçirdi. 


Movqe.Az xəbər verir ki, onun  məktəb ziyarətində başını sığalladığı şagird  seçilmiş" olur və saraylardaki "seks zindanlarında " illərlə yaşayırdı. Trablusda vəzifəli bir müəllim , Qəddafinin mühafizəçilərinin qaçırdığı qızların çox kiçik yaşda olduqlarını söyləyərək "Kiçikir uşaq olsa da yazıqları gəlmirdi. İstədikləri qızı asanca alıb apardılar " deyə bildirib.


Azyaşlı seks qullarına , Qəddafini "təmin etməyi öyrənmələri " üçün zorla pornoqrafik film izlətdirilib. Qəddafinin köhnə Protokol rəhbəri Nuri Əl Mismari , "Qəddafi , qorxulu manyak idi . Onu xoşbəxt etmələri üçün gənc kişilərdən ibarət olan bir hərəmi də vardı. Onlara "silahlı qüvvələr qrupu" deyərdi deyə bildirib. 

Liviyanın bu günkü rəhbərliyi , ölkənin imicini pozacağı və cəmiyyətdə mənfi təsir yaradacağı üçün Qəddafinin yataq otağını iki il bağlı tutub. Gizli evdə , 70-ci illərin modasına görə bəzədilmiş yataq otağıyla yanaşı , Qəddafinin seçdiyi qızların cinsi xəstəlik daşımadıqlarından əmin olmaq üçün müayinə edildikləri və hamilə qalsalar abort olduqları bir ginekoloji otağı da var.