Qar yağacaq

27 Yanvar 2014 13:21 (UTC+04:00)

Yanvarın 28-də Bakı və Abşeron yarımadasında hava səhər saatlarında duman, çiskin olacaq, gün ərzində isə arabir yağıntılı keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında yanvarın 28-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Külək əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 8 bəzi yerlərdə 10-12 dərəcə şaxta, günorta saatlarında isə 0-4 dərəcə şaxta olacağı gözlənilir.