Demet Akalından şok qərar

27 Yanvar 2014 13:19 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Demet Akalın, həyatıyla əlaqədar hər detalı "Twitter" və "Instagram"da paylaşan tanınmışlardan biridir. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Demet Akalın, izləyici sayıyla da Cem Yılmazdan 2-ci pillədə gəlir. Xüsusilə hamilə qaldığı gündən bu yana doğulacaq körpəsiylə əlaqədar hər detalı paylaşan Akalının 3 milyondan çox izləyicisi var. Müğənninin pərəstişkarları da fevral ayında doğulacaq körpənin foto şəkillərini gözləyirdi. Ancaq sənətçidən pərəstişkarlarına pis xəbər gəldi. Akalın , " Körpəmizin foto şəkillərini paylaşmayacam" dedi. Sənətçi, bu qərarı qızları Hirayı qorumaq üçün həyat yoldaşı Okan Kurtla birlikdə aldıqlarını bildirib.