Macarıstana viza almaq asanlaşacaq

27 Yanvar 2014 13:26 (UTC+04:00)

Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.

Hazırda Macarıstana vizanın daha rahat alınması üçün xüsusi iş aparılır. Bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarton deyib.


Dövlət katibinin bildirdiyinə görə, bu proses nəticəsində Macarıstana viza almaq üçün kənarda fəaliyyət göstərən vasitəçi turizm şirkətlərinə də müraciət etmək mümkün olacaq. Onun sözlərinə görə, bu şirkətlər vasitəçi kimi vizanın daha rahat və tez əldə olunmasına kömək edəcək.

 

"Hazırda iki ölkə arasında birbaşa aviareyslərin sayının artırılması, o cümlədən, vizanın alınması prosedurasının sadələşdirilməsi istiqamətində tərəflər arasında danışıqlar aparılır", - deyə P.Siyarton qeyd edib.