Qədim avropalılar necə görünürdü?

27 Yanvar 2014 13:45 (UTC+04:00)

Alimlər qədim avropalıların görüntülərini müəyyən edib. Movqe.Az xəbər verir ki, İspaniyanın şimal-qərbində 2 ovçuya aid skelet tapılıb. Genetik testlərə görə, 7000 il əvvəl yaşayan avropalı ovçuların qara dəriləri və göy rəngdə gözləri olub. Alimlərə təəccüblü gəlib ki, axı kim Avropanın qədim sakinlərinin qorxulu olduğunu düşünüb. İspaniyanın Barselonadakı Biologiya Təkamülü İnstitutu alimlərinin apardığı tədqiqat "Nature" jurnalında yayımlanıb. Aparıcı yazıçı, Dr. Karls Lalueza Foks bildirib ki, "Açıq rəngli dəri daha sonralar formalaşıb". Heyət onu da müəyyən edib ki, qədim avropalıların geni daha çox İsveçrə və Finlandiyayla bağlıdır.