Axtarışda olan azərbaycanlı Rusiyada tutuldu

27 Yanvar 2014 14:25 (UTC+04:00)
Axtarışda olan Azərbaycan vətəndaşı Vasif Rüstəmov Rusiya Federasiyasının Perm şəhərində tapılıb. 
Movqe.az Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 29, 120-ci maddəsi ilə axtarışda olan Vasif Rüstəmov respublikamıza ekstradisiya olunub. Vasif Rüstəmovun caxlanılması Baş Cinayət-Axtarış İdarəsi və Tərtər RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş tutub.