Sərnişin avtobusu qəza törətdi 9 nəfər öldü

27 Yanvar 2014 14:45 (UTC+04:00)
Türkiyənin Sivas şəhərində dəhşətli yol qəzası baş verib. Yıldızeli rayonunda sərnişin avtobusunun aşması nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər də xəsarət alıb.  Bu barədə "İhlas" xəbər agentliyi məlumat verir. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və xilasedici briqadaları cəlb edilib.  Vandan Ankaraya gedən sərnişin avtobusunun Sivas yollarında buzlaşma səbəbindən aşdığı bildirilir.  Avtobusda 42 nəfər sərnişin olduğu bildirilir. Qəza nəticəsində ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmaması barədə məlumat yoxdur.