Ikinci peykimizi bu şirkət hazırlayacaq

27 Yanvar 2014 15:41 (UTC+04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti fevralın sonunadək ölkənin ikinci telekommunikasiya peykini istehsal edəcək şirkətin adını açıqlamaq niyyətindədir.  "Azərkosmos"dan " verilən məlumata əsasən, hazırda şirkətin müəyyən edilməsi ilə bağlı son tamamlama işləri aparılır.  "Tender ötən ildən etibarən keçirilir və layihə ABŞ tərəfindən maliyyələşdiyinə görə tenderdə əsasən ABŞ şirkətləri iştirak edirlər. Fevralın sonunadək qalib olacaq şirkətin adı açıqlanacaq",- deyə "Azərkosmos"dan bildiriblər.  Xatırladaq ki, "Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında "Azərspace-2" telekommunikasiya peyk layihəsi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma hazırlanmasına dair Qrant Müqaviləsi imzalanıb və  "Azərkosmos" ASC-yə yarım milyon dollardan artıq məbləğdə qrant ayırıb.