MTRŞ-dən ans telekanalı ilə bağlı açıqlama

27 Yanvar 2014 16:00 (UTC+04:00)
"Əgər  "Adam içində" verilişində yenidən "cin çıxartma" adı altında falçılıq, hipnoz halı olarsa Milli Teleradio Şurası buna sərt reaksiya verəcək". Bu sözləri Movqe.az-a açıqlamasında  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov söyləyib. T. Dadaşov bildirib ki, onlar bu verilişi izləyir: "Biz bu verilişin hər efirə gedən buraxılışını izləyirik. Əgər verilişdə uşaq və yetkinlik yaşına çatmayanların əqli, fiziki, mənəvi inkişafına ziyan vuran hal qeydə alsaq kanala sərt təpgi göstəriləcək".