Kraliça xalqı salamladı

5 İyun 2012 16:37 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərə kraliçası 2.Elizabetin hakimiyyətdəki 60-cı ili münasibətilə Londonun mərkəzindən keçən Temza  çayında mindən çox qayığın iştirak etdiyi təntənəli bir mərasim keçirilib. 2-ci Elizabet kral ailələri üçün xüsusi hazırlanan gəmiylə Temza çayından keçərkən xalqı salamlayıb. Mərasimdə 2.Elizabetin oğlu Uels Şahzadəsi Çarlz ilə həyat yoldaşı Cornwall Düşes Camilla, nəvəsi Kambric dükü Uilyam və həyat yoldaşı Keyt , şəhzadə Harri də iştirak edib. Yağışlı və soyuq hava olmasına baxmayaraq on minlərlə ingilis erkən saatlardan kraliçanı görə bilmək üçün Temza çayının kənarında yer tutmağa çalışıb. Kral ailəsini daşıyan gəminin keçişi əsnasında xalq əllərindəki bayraqları yelləyərək və alqışları ilə Kraliçanın 60-cı ildönümünü qeyd edib.

Xatırladaq ki, 2.Elizabet 1952-ci ildə 26 yaşında hakimiyyətə gəlib.