Ən seksi müğənni kimdir sualını şou əhli cavablandırdı

27 Yanvar 2014 16:57 (UTC+04:00)

Şou-biznesdə əksər müğənnilər özlərini cazibədar, ən seksi müğənni kimi təqdim edirlər və yaxud da ki, özlərini elə təqdim olunmasını istəyirlə.  Bu dəfə Mövqe.az " ən seksi müğənni kimdir " sualını elə şou biznesdə olan kişi müğənnilər arasında keçirdi. Gəlin, görək kişi müğənnilərimiz hansı xanım müğənniləri ən seksi müğənni hesab edir:


Müğənni Abbas Bağırov: " Röya Ayxan "


Müğənni Vasif Məhərrəmli: "Mən ailəli adamam. Xahiş edirəm belə suallar verməyim. Mən artıq elə şeylərə baxmıram. Qətiyyən elə ad da deyə bilmərəm".


Müğənni Rüfət Axundov : " Mən belə şeyləri deməyə utanıram. Amma ən seksi Xatirə İslamı görürəm ". 

Faytonçu Nazim : " Aygün Kazımova. Ümumiyyətlə qadınların hər biri gözəldir".


Meyxanaçı Vüqar: " Zeynəb Xanlarova"


Ədalət Şükürov: " Mən Azərbaycanda seksi müğənni görmürəm".


Əli Mirəliyev: " Aygün Kazımova"


Stilist Samiraldo: " Aygün Kazımova hələki seksiliyi qoruyub, saxlayır. Son zamanlar Günay İbrahimli də cəsarətli geyimlər ilə söznü deyir".