Təbii fəlakət can aldı

27 Yanvar 2014 18:28 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Argentinanın Katamarka əyalətində bir gün ərzində torpaq sürüşməsi , daşqın və ildırım  nəticəsində cəmi 13 nəfər həlak olub.

Ölkədə bir müddət əvvəl baş verən ifrat isti hava yerini sərin , yağışlı və qasırğalı bir havaya verib. Argentinanın şimalında olan Katamarka əyaləti də yağışlı və fırtınalı bir havaya təslim olub.

 Əl Rodeo bölgəsində bir gün ərzində 7 nəfər torpaq sürüşməsi , 5 nəfər çay daşqını , bir nəfər ildırım vurması nəticəsində həlak olub.

Həyatını itirənlər arasında 6 yaşlarında 2 qız uşağı və 3 nəfərlik bir ailənin də olduğu öyrənilib.