47 yaşlı kişi dərmandan zəhərlənərək öldü

28 Yanvar 2014 10:24 (UTC+04:00)
Bu gecə Bakının Səbail rayonunda ölüm hadisəsi baş verib. Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Salyan şosesi 22 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Pris Eldaş oğlu Qasımov dərmandan zəhərlənib. Onu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Lakin həkimlər onun həyatını xilas edə bilməyib. Onun xeyli miqdarda dərman həbləri qəbul etdiyi bildirilib. Deyilənlərə görə, 47 yaşlı kişi bilərəkdən çoxlu sayda dərman qəbul edib. Lakin rəsmi olaraq hadisənin intihar olduğu barədə məlumat yoxdur. Ölüm hadisəsinin dəqiq səbəbləri bilinmir. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.