Türk mediası: "Ermənistan atəşkəsi pozur"

28 Yanvar 2014 12:32 (UTC+04:00)

Son günlərdə Ermənistanın cəbhədə atəşkəsi pozması türk mediasının gözündən də yayınmayıb. Bu haqda "Yeni Mesaj" xəbər portalında məqalə dərc olunub. Movqe.Az həmin məqaləni sizə təqdim edir: " Azərbaycanın cəbhə xəttində, erməni əsgərlərin açdığı atəş nəticəsində Azərbaycan ordusundan bir leytenant dünyasını dəyişib. Azərbaycan Müdafiə Nazirliyindən edilən şərhə görə, bu gün günorta saatlarında Ermənistan ordusu, cəbhə xəttinin Ağdam bölgəsində atəşkəs rejimini pozub. Azərbaycan ordusundan Leytenant Səbuhi Əzizov, erməni snayperlərin açdığı atəş nəticəsində şəhid olub. Leytenant Əzizovun ailə və yaxınlarına başsağlığı diləklərini çatdıran müdafiə naziri Zakir Həsənov, Əzizova  3-cü dərəcəli "hərbi xidmət müvəffəqiyyəti" medalı verilməsinin qərarlaşdırıldığını deyib. Ermənistan-Azərbaycan cəbhə xəttində yaşanan atəşkəs pozuntuları son günlərdə artmış, 23 yanvarda Azərbaycan ordusundan bir kapitan ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur."