Aişvarya Ray arıqlaya bilmir-FOTO
5 İyun 2012 16:53 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bollivud aktrisası
Aişvariya Ray hamilləlikdən sonra dəhşətli dərəcədə kökəlib.
Mətbuatda yayımlanan axırıncı şəkillərindən hətta çoxlarına onu
tanımaq belə çətin olub. Noyabr ayında qız övladını dünyaya gətirən
aktrisa hələ arıqlaya bilməyib. Çoxları onu buna görə tənqid də
edib və onun Hind kinosuna qəsdən ziyan vurduğunu söyləyib.
Aişvariya isə deyib: "Mənim arıqlamaq fikrim yoxdur və bədənim
zaman keçdikcə öz əvvəlki formasını alacaq. "

