Qar yağacaq, güclü külək əsəcək

28 Yanvar 2014 14:10 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında yanvarın 29-da hava şəraitinin arabir yağıntılı olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimal olunur. Şimal küləyi güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 29-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Şimal küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

 

Yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 29-da bəzi dağlıq və dağətəyi rayonlarda, 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.

 

Yanvarın 29-da Bakı və Abşeron yarımadasında arabir yağıntılı olacağı, 30-31-də qar yağacağı gözlənilir. Havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti, 30-da gecə və gündüz 2-4 dərəcə isti, axşam 3 dərəcə şaxta, 31-də isə 1-3 dərəcə şaxta təşkil edəcək.

 

Şimal küləyinin güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.