20 min quşu tələf etdilər

28 Yanvar 2014 14:53 (UTC+04:00)

Hong Kong Səhiyyə rəsmiləri quşçuluq təsərrüfatında H7N9 quş qripu virusu aşkarladıqdan sonrq  təxminən 20 min quşun çərşənbə axşamı m əhvinə qərar verib. Movqe.Az "Voice of America" ya istinadən xəbər verir ki, işçilər qruyucu maskalar və əlcəkələr taxaraq əllərindəki quşları içərisində zəhəri qaz olan qara plastik çantalara yığıb. Honq Konq ərzaq və səhiyyə katibi Ki Vinq bazar ertəsi etdiyi çıxışında cənubi Quanqdonq əyalətinin quşçuluq təsərrüfatının  böyük əhəmiyyət kəsb etdiyini deyib. Rəsmilər şərqi Çində, canlı quş əti satışına qadağa qoyub. Çin dövlət mediasının xəbərinə görə, H7N9 virusuna bu il 98 nəfər yoluxub, onlardan 19-u dünyasını dəyişib.