36 marşurutda gediş haqqını kartla ödəmək mümkün olacaq-Özəl
28 Yanvar 2014 15:18 (UTC+04:00)
"Nəqliyyatda kart sisteminin tətbiqinin kütləviləşməsi fevral
ayından müşahidə olunacaq. Hazırda hələki iki marşurutda, 10 və 95
saylı xətlərdə kart sistemi tətbiq olunur. Kartla ödəniş sisteminin
işlədiyi avtobusların sayı az olduğundan, hələki yol
kartlarının satışında da elə canlanma hiss olunmur".
Bu sözləri Movqe.az-a açıqlamasında
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq
Həsənov deyib. N. Həsənov bildirib ki, proses fevral ayından daha
da sürətlənəcək. Onun sözlərinə görə, fevral ayından 36 marşurutda
gediş haqqını kartla ödəmək mümkün olacaq.
N. Həsənov hələki nəqliyyat kartlarından nə qədər satıldığını
söyləməyin tez olduğunu bildirib. Nazirlik səlahiyyətlisi qeyd edib
ki, bu məlumat onlara ayın sonu təqdim olunacaq.