Britni Spirs evlənib?-FOTO

28 Yanvar 2014 15:28 (UTC+04:00)

ABŞ-lı müğənni Britni Spirs dünən oğlu Jaydenın Los Angeles şəhərindəki futbol matçını izləməyə getdiyində sol əlindəki üzüyü jurnalistlərə göstərərək, hamının təəcübünə səbəb olub. Mövqe.az xarici KİV-ə istinadən bildirir ki, 8 aydır Dave Lucadoyla birlikdə olan və bir neçə reportajında ​​onunla ailə qurmaq istədiyini açıqlayan 32 yaşındakı müğənni, idman paltarı ilə getdiyi matçda sadə bir qızıl halqadan ibarət üzüyü ilə bütün nəzərləri öz üzərinə çəkib. Qeyd edək ki, müğənni bu barədə heç bir açıqlama verməyib.