Məşhur müğənninin ruh sağlamlığı pisləşib

28 Yanvar 2014 16:23 (UTC+04:00)

Dünyaca məşhur pop-ulduz Castin Biber istifadə etdiyi dərmanlara görə başı dərdə düşüb.  Mövqe.az xarici KİV-ə istinadən bildirir ki, gənc müğənninin, ruh sağlamlığının getdikcə pisləşdiyi deyilir. Dərmanla birlikdə spirt və narkotik maddə istifadə edən Biberin yaxınları onun müalicə almasının vacib olduğunu söyləyir. Qeyd edək ki, müğənni bu mövzuyla əlaqədar heç bir açıqlama vermir.