Xərçəng xəstəsi olan məşhur müğənninin atası danışdı

28 Yanvar 2014 16:50 (UTC+04:00)

Rusiyanın məşhur müğənnisi Janna Friske xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə Nyu Yorkun xəstəxanalarından birində müalicə alır. Mövqe.az rus mətbuatına istinadən bildirir ki, müğənninin atası qızının əməliyyat olmamasının səbəbini açıqlayıb. " Biz Moskvada olan ən yaxşı xəstəxanalara getdik. Bizə, əməliyyatın çox riskli olduğunu dedilər. Ona görə də Janna əməliyyat olunmaqdan imtina etdi, və başqa yollarnan müalicə olunmaq istədi. Bu onun öz seçimidir" Qeyd edək ki, müğənni hal-hazırda müalicə alır, və həkimlər onun sağalmasının mümkün olduğunu açıqlayıb.