Marlboro kovboyu siqaretdən öldü

28 Yanvar 2014 17:30 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Marlboro siqaretlərinin 1970-ci illərdə hazırladığı kovboy reklamlarıyla tanınan 72 yaşlı Erik Lavson siqaretə bağlı xroniki obstruktif ağciyər xəstəliyi ucbatından dünyasını dəyişib. 14 yaşından bəri siqaret çəkən, 6 uşaq sahibi Lavsonun xəstəliyin diaqnozundan sonra da siqaret çəkməyə davam etdiyi bilinir. Marlboronun reklam üzü Deyvid Millar və Deyvid McLean də siqaretə bağlı olaraq ortaya çıxan xəstəliklərdən ölmüşdü