MTN Azərbaycana qarşı terror hədələrinə cavab verdi

28 Yanvar 2014 17:46 (UTC+04:00)

Radikal dini qruplaşmalar Azərbaycanı terrorla təhdid edib. Vəhabilərə yaxınlığı iddia olunan "Meşə Qardaşları" və "Ceyşullah" təşkilatlarının sosial şəbəkələrdə yaydığı məlumatlarda hakimiyyətə qarşı hərbi əməliyyatlara start verdiklərini bildiriblər. 


Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev radikal dini qruplaşmalarının terror hədələrinə münasibət bildirib. 


Arif Babayev ANS PRESS-ə verdiyi açıqlamada MTN-in qabaqlayıcı tədbirlər gördüyünü bildirib: "Azərbaycanın milli maraqlarına, mənafelərinə və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı, adekvat tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur".