Apple 51 milyon iPhone satdı!

28 Yanvar 2014 18:14 (UTC+04:00)

Elektron nəhəngi Apple , 2013-cü ilin sonunda böyük uğur qazanıb. Apple , 2013-cü ilin son dövründə 57.6 milyard dollar gəlir əldə edərək rekord qırıb. iPhone satışları 50 milyonu geridə qoyub. Apple , 2014-cü ildə təqdim etdiyi ilk maliyyə cədvəlində 2013-cü ilin oktyabr-dekabr statistikasını təqdim edib. 

Movqe.Az xəbər verir ki, Apple , 13.1 milyard dollar qazanc əldə etdiyi dördüncü dörddəbirdə , rekordunu qıraraq 57.6 milyard dollar gəlirə əldə edib. Texnologiya nəhənginin gəlir axışını təmin edən ilk üç məhsul həmişəki kimi iPhone , iPad və Mac olub. Üç məhsul , Applenin ümumi gəlirinin 87.4 faizini təmsil edib.