Müğənni Gülayı soyadını dəyişməyə kim məcbur etdi? - Foto

5 İyun 2012 17:45 (UTC+04:00)

Azərbaycanın populyar və gənc ifaçısı Gülay Zeynalova Movqe.Az-a verdiyi açıqlamada soyadını hansı səbəbdən dəyişdiyini bildirdi.

Mən də hər bir qadın kimi, evləndikdən sonra soyadımı dəyişdim. Bunu etməyə məni kim isə məcbur etmədi. Özüm istədim.

Hər bir xanım üçün xoşbəxtlikdir ki, ailə qurandan sonra həyat yoldaşının soyadını daşısın. Təbii ki, mən Qədirova idim, soyadımı dəyişib Zeynalova oldum. Baxmayaraq ki, Qədirova ilə daha çox tanınırdım bu sənətdə. Hazırda sənətdə reklam olunmaq çətindir. Ona görə də bəzi sənətçilər ailə qurur, amma həyat yoldaşının soyadını götürmür. Amma mən xoşbəxtəm ki, həyat yoldaşımın familiyasını daşıyıram", - Gülay Zeynalova deyib.

Müğənni verdiyi açıqlamada yeni kayihələr üzərində çalışdığınıda bildirib.

 Türkan Nadirqızı

Movqe.Az