Azərbaycanda erməni kəşfiyyatçı tutuldu

28 Yanvar 2014 19:37 (UTC+04:00)

Tovuz rayonu istiqamətinə Ermənistan tərəfdən keçən silahlı diversiya qrupunun üzvü olan erməni saxlanılıb. Müdafiə Nazirlyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, həmin şəxs bir neçə saat bundan əvvəl saxlanılıb. Nazirlikdən bununla bağlı əlavə məlumatlar veriləcək. Movqe.az-ın verdiyi məlumata görə, təxmini 50 yaşlarında olan olan şəxs kənd sakinlərinin müdaxiləsi ilə tutulub. Ərazidəki hərbçilər həmin şəxsi tutaraq aparıblar.

Qeyd edək ki, son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşib. Təkcə ötən gecə cəbhə xəttində atəş 196 dəfə pozulub. Azərbaycan Ordusunun kapitanı Cəfərov Elnur Cəfər oğlu və leytenantı Əzizov Səbuhi Rüstəm oğlu şəhid olub.