340 qramlıq "Möcüzə körpə" doğulub

28 Yanvar 2014 21:25 (UTC+04:00)

"Möcüzə körpə"nin həyatını həkimlər xilas edə biliblər.

Dünyanın ən balaca uşağı Braziliyada doğulub. Türkiyə mətbuatının verdiyi məlumata görə, Karolina Terzin adı verilən qız 5 aylıq doğulub. 

O, Braziliyada bu çəkidə doğularaq həyatda qalan ilk körpə adını qazanıb.

Belə ki, Karolinanın çəkisi sadəcə 340 qram, boyu isə 27 sm-dir. 

Onun belə tez doğulmasına səbəb isə 32 yaşlı anasının hamiləliyin 5-ci ayında ciddi xəstəlik keçirməsi olub.

Həkimlərin səyi nəticəsində həyatda qalan "möcüzə körpə" artıq evə buraxılıb.