Kafedə əxlaqsızlıq yuvası aşkar edilib
28 Yanvar 2014 00:46 (UTC+04:00)
Paytaxtın Sabunçu rayonu ərazisində əxlaqsızlıq yuvası aşkar
edilib. Sabunçu qəsəbəsindəki bazarın içində yerləşən kafe
müştərilərə də 2 qat xidmət göstərirmiş. Kafedə əxlaqsızlıq
yuvasının təşkil olunması barədə məlumat daxil olan kimi Sabunçu
rayon polis idarəsi və 12-ci polis bölməsinin əməkdaşları birgə
əməliyyat keçirib. Nəticədə həmin kafeni işlədən Abşeron rayon
sakini Leyla Qasımovanın gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq
yuvası təşkil etrməsi müəyyən edilib.
Obyektdə çəkiliş aparan zaman kafe sahibini tapa bilmədik. Amma
kafenin hələ də işlək vəziyyətdə olması buranın hazırda da təyinatı
üzrə fəaliyyət göstərdiyini deməyə əsas verir. Faktla bağlı isə
araşdirmalar Sabunçu rayon Polis İdarəsində davam etdirilir. İşi
aparan müstəntiq Natiq Cəfərovdan aldiğımız məlumata görə, faktla
bağlı kafenin sahibi Leyla Qasımova barəsində cinayət məcəlləsinin
243 fahişəliyə cəlb etmə və 244-cü əxlaqsizlıq yuvası saxlama
maddələri ilə cinayət işi başlanılıb. Müstəntiq bildirdi ki,
hələlik kafenin sahibi saxlanılmayıb və onun barəsində sübutlar
toplanılır.
Sabunçu bazarının yaxınlığinda Leyla Qasımovanın kafesinə oxşar
əzlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bir neçə obyekt var. Nə
qədər qəribə olsa da həmin kafelərdə hökm sürən natəmizlik içində
rahatlıq tapmağa gələnlərin sayı isə heç də az deyil. Sabunçu
bazarının yaxinlığında başqa bir bazarın mövcudluğu isə sözün əsl
mənasında, bazarlıq üçün ora gələnlərin rahatlığına mənfi təsir
göstərir.