“İranla münasibətlərin gərginləşməsinin günahkarı biz deyilik”

5 İyun 2012 18:29 (UTC+04:00)

 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qarşılıqlı notaların verilməsi, iki vətəndaşımızın İranda saxlanması kimi halların Azərbaycan-İran münasibətlərinə təsirini dəyərləndirib.

APA-nın məlumatına görə, Elmar Məmmədyarov bildirib ki, iki ölkə arasında gərginliyini yaranmasının günahkarı Azərbaycan deyil: "Bunu dəyərləndirmək çətindir, münasibətlərin gərginləşməsində günahkar biz deyilik. İranla Azərbaycan arasında min illərlə mövcud olan dərin münasibətləri nəzərə alsaq, biz həmişə normal, dinc qonşuluq münasibətlərinə tərəfdar olmuşuq".