Stressi azaldan qidalar

29 Yanvar 2014 10:35 (UTC+04:00)

Gündəlik gərgin iş, təhsil özü ilə birlikdə stress də gətirir. Bəs stressdən necə qorunaq? Stressdən qorunmaq üçün qidanın böyük rolu var. Movqe.az-ın xarici mətbuta istinadən məlumatına görə, İngilis qidalanma mütəxəssisi Amanda Ursell stressi azaltmaq üçün müəyyən qidaları məsləhət görüb.


1. Proteinlə zəngin olan qırmızı ət, balıq, yumurta, toyuq, süd məhsulları, yulaf, makaron, meyvə-tərəvəz enerjinin yavaş-yavaş yayılmasını təmin edir və iştahı azaldır.


2.Qırmızı ət, yağlı balıq, fıstıq, yaşıl tərəvəzlər dəmir əksikliyindən qaynaqlanan yorğunluq hissini, diqqət dağılmasının qarşısını alır.


3. Həddindən çox kofein qəbulu stress səviyyəsini qaldırır. Xüsusilə gecə saatlarında qəbul edilən çox kofein nəbz və təzyiqi artırır, sinir sisteminin gərilməsinə səbəb olur.


4.Bədənin susuz qalması belə stressə yol aça bilər. Bol su, bitki çayları, qəhvə və yüngül içkilər stressin qarşısını ala bilər.


5.Kalsium və maqneziumla bol olan süd, ispanaq, yulaf və fıstıq əzməsi, kartof kimi yeməklər əzələləri rahatladır, sinir sistemi və təzyiqi normallaşdırır, bununla da stressi azaldır.