Ukrayna etirazçılarla amnistiya məsələsini müzakirə edir

29 Yanvar 2014 10:58 (UTC+04:00)

Ukrayna parlamenti anti-hökümət nümayişlərində həbs edilən etirazçılar barəsindəki mümkün amnistiyanı müzakirə edir. Movqe.Az "BBC"yə istinadən xəbər verir ki, Prezident Viktor Yanukoviç etirazçıların rəsmi binanı tərk edəcəyi və barrikadaları götürəcəkləri təqdirdə amnistiya şəraiti yaratmaq isdədiyini bildirib. Müxaliflər isə erkən seçkilərin keçirilməsini tələb edir. Çərşənbə axşamı Baş Nazir Mykola Azarov və onun kabineti aylarla davam edən etirazlardan sonra istefaya çıxmışdı. Həmçinin, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya "xarici müdaxiləni" tənqid edib. Putin: " Düşünürəm ki, Ukraynalıların bu məsələni özlərinin həll etmək bacarığı var."

Xatırladaq ki, Ukraynada etirazların başlamasına səbəb noyabr ayında Prezident Yanukoviçin son anda Avropa Birliyi ilə olan 15 milyard dollarlıq müqavilədən imtina etməsi olub.