Məhkəmə Rza Zərrabın xeyirinə qərar verdi

29 Yanvar 2014 10:35 (UTC+04:00)
İstanbul 18-ci Sülh Cəza Məhkəməsinin dekabrın 17-də rüşvət və qaçaqmalçılıq əməliyyatında həbs olunan Rza Zərrabın mülklərinin müsadirə olunması haqda verdiyi qərar ləğv olunub. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərrab üçün qərarı İstanbul 29-cu Sülh Cəza Məhkəməsi verib. Məhkəmənin qərarına əsasən Zərrabın mal varlığı üzərindəki "Satıla, başqasının adına keçirilə bilməz" qərarı ləğv edilib. Qeyd edək ki, Zərrabın müsadirə olunan mülkləri sırasında şirkətinin adına qeydiyyatda olan "Challenger 300" tipli xüsusi təyyarə və ingilis atı da var idi.