"Türkiyədən üzr istəməyəcəyik"

5 İyun 2012 18:31 (UTC+04:00)

Mövqe.az Türkiyə saytlarına istinadən xəbər verir ki, İsrail xarici işlər naziri Aviqdor Lieberman, Mavi Mərmərə basqınına görə Türkiyədən üzr istəməyəcəyini bildirib. İsrail naziri Amerika Birləşmiş Ştatlarını nümunə çəkib.

O, ABŞ-ın keçən ilin noyabrında 24 Pakistan əsgərini yalnışlıqla öldürdüyünü xatırladıb.

Pakistanın istəyinə baxmayaraq ABŞ-ın İslamabad rəhbərliyindən üzr istəməyi rədd etdiyini vurğulayan Lieberman, İsrailin də Mavi Mərmərə basqınına görə üzr istəmək məcburiyyətində olmadığını açıqlayıb.

HEÇ KƏS BİZƏ HÖRMƏT ETMƏZ

Lieberman, İsrailin bu rəftarını ABŞ-a izah etməsinin də vacibliyini ifadə edib.

İsrail naziri: "Mavi Mərmərə səbəbiylə üzr üçün təzyiq etdiklərində bəzən ən yaxşı dostlarınıza belə xeyr demək məcburiyyətindəsiniz. Yoxsa heç kim sizə hörmət etməz" - deyib.

Keçən həftə İstanbul Ağır Cinayətlər Məhkəməsi aralarında İsrail baş qərargah rəisinin də olduğu 4 komandir haqqında ömürlük və müxtəlif müddətli həbs cəzası istənilən iddianaməni qəbul edib.