BQXK əsir erməni ilə bağlı danışıqlara başlayıb

29 Yanvar 2014 11:41 (UTC+04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) dünən təmas xəttində tutulan erməni ilə bağlı danışıqlara başlayıb. Komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova ANS PRESS-ə açıqlamasında BQXK mandatına uyğun olaraq əlaqədar hakimiyyət orqanları ilə dialoqda olduğunu deyib. 


O bildirib ki, Komitə saxlanılan Ermənistan vətəndaşı ilə görüşə bilmək üçün cəhd edir və hələki nəticə əldə olunmayıb. 


Qeyd edək ki, dünən saat 16 radələrində Tovuz rayonu istiqamətinə Ermənistan tərəfdən keçən erməni saxlanılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, həmin şəxs kənd sakinlərinin müdaxiləsi ilə tutulub. Ərazidəki hərbçilər həmin şəxsi tutaraq aparıblar.


Müdafiə Nazirliyinin məlumatına görə, tutulan Xocayan Mamika Tiqranoviç Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində təmas xəttini keçməyə cəhd göstərən ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi olub.