Rza Zərrabın mülk qadağası aradan qaldırıldı!

29 Yanvar 2014 17:06 (UTC+04:00)

İstanbulda təşkil edilən sui-istifadə və rüşvət əməliyyatı çərçivəsində həbs olunan biznesmen Rza Zərrabın əmlakına qoyulan tədbir qərarı aradan qaldırılıb.

17 dekabrda təşkil edilən sui-istifadə və rüşvət əməliyyatı çərçivəsində həbs olunan iş adamı Rza Zərrabın vəkili Şeyda Yıldırım , məhkəməyə müraciət edib.


Vəkil Yıldırım , Rza Zərrabın əmlakına 21 dekabrda tədbir qoyulması qərarına etiraz edib.


Etirazı qiymətləndirən növbətçi İstanbul 29. Sülh Cəza Məhkəməsi , "qanunsuz " olması səbəbiylə mülkünə qadağa qoyulması qərarının qaldırılmasına hökm verib.


Bu vaxt , məhkəmənin bu qərarına , istintaqı icra edən İstanbul Respublika Prokuroru Cəlal Karanın etiraz etdiyi öyrənilib.


İstintaqı icra edən digər prokurorlar Əkrəm Aydıner və Mustafa Erolun da məhkəmənin əmlakına tədbir qoyulmasının qaldırılması qərarını araşdırdıqları və qərarla bağlı mütaliə hazırladıqları , bu qərara etiraz edib-etməyəcəklərinin hələlik dəqiqləşmədiyi qeyd edilib.