Nokiadan ucuz telefon gəlir

29 Yanvar 2014 18:05 (UTC+04:00)

Nokianın Android əməliyyat sistemiylə çalışması gözlənilən Nokia X model telefonun son dərəcə ucuz olacağı iddia edilib. 

Movqe.Az xəbər verir ki, ən yeni telefonlara təqdimatından əvvəl baxan və fotoşəkil daxil olmaqla haqqında ətraflı məlumatlar paylaşan Evleaks bu dəfə də Nokianın gözlənilən Android əməliyyat sistemli telefonu Nokia X-lə əlaqədar çox maraqlı məlumatlar paylaşıb. 


Evleaks cihazın ucuz olacağını deyərək, onun gözlənilən xüsusiyyətlərini isə belə sıralayıb: 1 GHz cüt nüvə prosessoru, 512 mb RAM, 4 düymlük ekran və 800x480 piksel ekran dəqiqliyi və 5 megapiksel daxili kamera. 


Xüsusiyyətlərindən də aydın olacağı kimi cihazın təchizatı çox aşağıdır və bu səbəblə Nokia X-in qiymətinin hazırda satışda olan Lumialardan son dərəcə aşağı olacağını söyləmək çox da səhv olmayacaq.