Ramil Usubov daha bir rəisi işdən azad etdi

29 Yanvar 2014 19:35 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəisi Qomboy Zeynalov vəzifəsindən azad edilib. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Q.Zeynalov yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Təchizat idarənin rəisi vəzifəsini icra etmək Əkbər Ələkbərliyə həvalə edilib. Qeyd edək ki, yanvarın 25-də DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev təqaüdə göndərilib. Buna səbəb idarə rəisinin daxili işlər orqanlarında xidmət keçmə müddətinin başa çatması olub. C.Şıxəliyevin 60 yaşı var.