"Azərbaycan ordusunun çox sayda tankı cəbhə xəttinə doğru irəliləyir"
29 Yanvar 2014 20:06 (UTC+04:00)
Türkiyənin "Yeni Şafak" qəzetində dərc olunmuş bir məqalə
Ermənistanda vahimə yaradıb.
ANS PRESS-in məlumatına görə, qəzet Azərbaycan ordusunun çox sayda
tankının cəbhə xəttinə doğru irəlilədiyini bildirib: "Azərbaycan
ordusu rəsmi olaraq bir açıqlama verməsə də, son iki gündür ki,
sosial mediada çox sayda zirehli birliyin döyüşlərin sıx getdiyi
olduğu bölgələrə aparıldığı bildirilir. Qarşıdurmaların sürdüyü
bölgəyə könüllü olaraq getmək istəyənlərə yerli təhlükəsizlik
gücləri icazə vermir. Jurnalistlərin cəbhəyə yaxın bölgələrə
getməsinə icazə verməyən səlahiyyətlilər gərginliyin davam
etdiyini, vəziyyətin ağır olduğunu söyləməklə kifayətlənirlər".
Məlumat "Yeni Şafak"a istinadən Ermənistanın "Armenian Report"
portalında da dərc etdirilib. Ermənistan ordusunun çox sayda itki
verdiyini qeyd edən portal yazır: "Erməni tərəfi belə böyük itkinin
olmasını təkzib edir. Azərbaycan Müdafiə Nazirliyi isə erməni
tərəfinlən itkilərinin dəqiq sayını bildirməkdən imtina edib,
yalnız qeyd edib ki, düşmən böyük sayda itki verib".