Qəzaya uğrayan sürücü jurnalistlərə hücum etdi

30 Yanvar 2014 09:27 (UTC+04:00)
Bu gecə Bakıda ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev prospektində "Mercedes" markalı, 01 BL 348 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yol kәnarındakı arakәsmәyә çırpılıb. Qəza zamanı xoşbəxtlikdən sürücü Vidadi Pәnah oğlu İsmayılova cidid zərər dəyməyib. Lakin avtomobil yararsız hala düşüb. Qeyd edək ki, qəzadan sonra qəribə hadisə baş verib. Avtomobili əzilən Vidadi İsmayılov əsəbləşərək, hirsini hadisəni çəkmək istəyən jurnalistlərdən çıxıb. O, qəfil müxbirlərə hücum edib. Orda olan yol polisləri sürücünü birtəhər sakitləşdirə bilib. Deyilənlərə görə, hadisə zamanı kanallardan birinin operatorunun kamerası da sınıb.
Faktla bağlı araşdırma aparılır.