Cinsi gücü artıran dərmanlar öldürə bilər

30 Yanvar 2014 09:35 (UTC+04:00)
Cinsi gücü artıran dərmanlar insan orqanizmi üçün təhlükəli ola bilər. Bu barədə Türkiyənin Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi əhaliyə müraciət edib. Müraciətdə deyilir ki, cinsi zəiflik zamanı istifadə olunan vitaminlər, dərman pereparatları əslində heç də insan orqanizminə faydalı deyil. Məlumatda deyilir ki, xüsusən internet şəbəkələrdə, reklam afişalarında insanlara ağızdolusu təriflənən həmin dərmanlar, yaxud qida məhsulları əslində birbaşa insan üçün təhlükədir. Balıq yağları, fil sümüklərinin tozları və s. kimi məhsullar insan geninə birbaşa təsir edir.  Həkimlərin isə fikrincə bu qəbildən olan dərmanların ən təhlükəlisi isə kimyəvi tərkibi olanlardır. Belə dərmanlar birbaşa insan orqanzmini dağıdır. "İnsanlar cinsi güc gətirən belə dərmanlarla ehtiyatlı olmalıdırlar. Əgər çox vacib deyilsə, belə dərmanlardan qəbul etməsinlər. çalışıb cinsi zəifliyi yaradan problemləri kökündən həll etsinlər", - deyə həkimlrə bildirib.
Qeyd edək ki, son illər cinsi güc gətirən dərmanla təlabat daha da çoxalıb. Bu isə artıq mütəxəssisləri narahat etməyə başlayıb.