Türkiyə parlamentində kömürlü aksiya

30 Yanvar 2014 09:47 (UTC+04:00)
Türkiyənin Cümhurtiyyət Xalq Partiyasından (CHP) millət vəkili çıxış etmək üçün parlament kürsünə kömürlə çıxıb.  ANS PRESS-in yerli mətbuata istinadən verdiyi xəbərə görə, ölkədə 2 milyon ton kömür paylandığını deyən Ərdaxan millət vəkili Ensar Öğüt bunun üçün , 3.5 milyard lira (1 milyard 267 milyon manat) ödəndiyini deyib. Ərdaxanda paylanan kömürün daş və torpaqdan ibarət olduğunu deyən Öğüt bildirib ki, kömürün mədəndən çıxış qiyməti 70-80, (25-28 manat) dövlətə maliyyəti 400 lirədir (145 manat).  Ensar Öğüt daha sonra üzərində "Ailə və sosial yardımlaşma fondu" yazılmış kömür torbasını ailə və sosial siyasət naziri Ayşənur İslamın stolunun üstünə qoyub.