Məşhur müğənni gizli saxladığı sirrini açıqladı

30 Yanvar 2014 11:07 (UTC+04:00)
Pop musiqisinin ulduzu Cennifer Lopez "Glamour" jurnalına müsahibə verib. Mövqe.az xarici KİV-ə istinadən bildirir ki, 44 yaşındakı müğənni hələ də möhtəşəm görünməsi və münasibəti haqqında verilən sualları cavablandırıb. Lopez, hər zaman formada olmasının sirrini sərt şəkildə saxladığı pəhrizə və bir qutu dondurmanı yeyə bilmədiyinə borclu olduğunu deyib "Bir qutu dondurma yesəm yəqin ki qusaram . Onu yeyəndə özümü yaxşı hiss etmirəm" Cennifer Lopez həmçinin özündən 18 yaş gənc sevgilisi Kasper Smart ilə davam edən münasibətindən də danışıb və sevgilisi ilə çox xoşbəxt olduğunu bildirib.